Naxçıvanda avtomobil AŞDI: Yaralananlar var - VİDEO

Naxçıvanda avtomobil AŞDI: Yaralananlar var - VİDEO

Hazırda oxunan: Naxçıvanda avtomobil AŞDI: Yaralananlar var - VİDEO

145986

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Khazar” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib və avtomobilin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq deformasiyaya uğramış avtomobildə həyati təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürənlər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 1999-cu il təvəllüdlü R.Allahverdiyev və sərnişin 2000-ci il təvəllüdlü K.Allahverdiyev xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, eyni zamanda avtomobilin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO