Soyğunçuluq edən qadın SAXLANILDI - FOTO

Soyğunçuluq edən qadın SAXLANILDI - FOTO

Hazırda oxunan: Soyğunçuluq edən qadın SAXLANILDI - FOTO
145977
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda soyğunçuluq edən qadın saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran rayonunun Velədi kəndində yerləşən evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş Bağdagül Səmədova saxlanılıb.

Məlum olub ki, yaşayış evinə oğurluq məqsədilə daxil olan həmin şəxs ev sahibinin azyaşlı övladının orada olduğunu görsə də, əməlini davam etdirib və tapdığı pul, qızıl-zinət əşyalarını götürərək uzaqlaşıb.

Məlumat daxil olduqdan dərhal sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B.Səmədova rayon ərazisində saxlanılıb, soyğunçuluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı araşdırma aparılır. B.Səmədovanın analoji cinayət əməllərindən zərər çəkən başqa şəxslər varsa aidiyyatı üzrə polis orqanına məlumat vermələri xahiş olunur. 

Soyğunçuluq edən qadın SAXLANILDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO