Əri 20 yaşlı Leylanı və qızını niyə qətlə yetirdi? - VİDEO 

Əri 20 yaşlı Leylanı və qızını niyə qətlə yetirdi? - VİDEO 

Hazırda oxunan: Əri 20 yaşlı Leylanı və qızını niyə qətlə yetirdi? - VİDEO 
143009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qətlə yetrilən Leyla Hüseynli və 8 aylıq körpəsi Ayla Masallının Xıl kəndində torpağa tapşırılıb. 

Bizim.Media xəbər verir ki, Qobu qəsəbəsində qətlə yetirilən ana və körpəsinin qətli barədə bəzi detallar məlum olub. 

Mərhum Leyla Hüseynlinin atası Əlişan İbadov qətli törədən Fərid Hüseynlinin atası Firdovsi Hüseynli ilə uzun illərdir dost olub və Leyla ilə Fəridin tanışlığı da buradan başlayıb. 

Leylanın atası müsahibə vermək istəməsə də, şifahi olaraq bildirib ki, Fəridin ailəsi ilə aralarında bu günə kimi hər hansı ciddi problem yaşanmayıb. Hətta hadisədən bir gün qabaq onların evində olub və söz-söhbətin olmasını hiss etməyib. 

Qeyd edək ki, iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 30 yaşlı Fərid Hüseynli 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı qətlə yetirib. Daha sonra Fərid Hüseynli bıçaqla özünə xəsarətlər yetirib və xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Qətlə yetirilən Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. 

Faktla bağlı araşdırma aparılır. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO