Dənizdə boğulan iki gəncin meyiti hələki TAPILMAYIB – Valideynlərindən VİDEOMÜRACİƏT

Dənizdə boğulan iki gəncin meyiti hələki TAPILMAYIB – Valideynlərindən VİDEOMÜRACİƏT

Hazırda oxunan: Dənizdə boğulan iki gəncin meyiti hələki TAPILMAYIB – Valideynlərindən VİDEOMÜRACİƏT

142763

Bakıda iki nəfərin Buzovna qəsəbəsi yaxınlığındakı dənizdə batdığını xəbər vermişdik. 2002-ci il təvəllüdlü İsgəndər Ramiz oğlu Əhmədov və onun yaxın dostu Samir adlı şəxs boğulub. Hadisədən 3 gün keçsə də batan şəxslərin meyitləri hələki tapılmayıb. 

Dənizdə boğulan gənclərin valideynləri Bizim.Media vasitəsilə övladlarının cəsədlərinin tez bir zamanda tapılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə çağırış ediblər. Valideynlər sözügedən qurumun axtarışların aparılması üçün canlı qüvvə deyil, texnika göndərilməsini tələb ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Dənizdə FACİƏ – Boğulan şəxslərdən biri şəhidin xalası oğludur – ÖZƏL 


Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, FHN-in dalğıc-xilasediciləri məlumatı alan kimi dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb.

Küləkli hava şəraiti və dənizin dalğalı olmasına baxmayaraq, FHN-in dalğıc-xilasediciləri axtarış işlərini fasiləsiz olaraq davam etdirirlər.

Hazırda axtarış işləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir. 

Əməliyyatın gedişatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə iyunun 20-də Buzovna qəsəbəsi yaxınlığındakı dənizdə  sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə baş verib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-xilasediciləri axtarışlara cəlb olunsa da, dənizdə batan şəxslərin cəsədləri tapılmayıb. 

Məlumat üçün bildirək ki, dənizdə boğulan şəxslərdən biri - İsgəndər Əhmədov bu yaxınlarda ildırım vurması nəticəsində vəfat edən Azərbaycan Ordusunun əsgəri, şəhid Davud Məmmədlinin xalası oğludur.  

Valideynlərin videomüraciətini təqdim edirik:

Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO