Bakıda çayxanada dava: 2 nəfər bıçaqlandı

Bakıda çayxanada dava: 2 nəfər bıçaqlandı

Hazırda oxunan: Bakıda çayxanada dava: 2 nəfər bıçaqlandı

142487

Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Belə ki, çayxanada müştərilər arasında dava düşüb.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Cavid Vahid oğlu Quliyev və 1991-ci il təvəllüdlü Kamil İsmayıl oğlu Ağayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO