FAKTİKİ HAVA: Bölgələrə şimşək çaxıb, leysan yağıb

FAKTİKİ HAVA: Bölgələrə şimşək çaxıb, leysan yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bölgələrə şimşək çaxıb, leysan yağıb

142454

İyunun 20-i axşam saatlarına olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Quba, Qusar, Yevlax, Tərtər, Yardımlı, Lənkəran, Astara rayonlarında şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

Leysan yağış nəticəsində Göygöl rayonunun Sarısu kəndindən və Gəncəçaydan, Goranboydan keçən Gorançay və Böylü qəsəbəsindən sel keçib. 
Saat 16 radələrində Göygöl rayonuna xırdadənəli, Şərurada saat 17 radələrində isə diametri 5 millimetr olan dolu düşüb. 

Bakıda və Abşeron yarmadasında isə şimal-qərb küləyinin makisimal sürəti 22 m/san olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO