Keçmiş məktəb direktoru 2 yaşlı nəvəsi ilə niyə KÜÇƏDƏ qalır? – DETALLAR/VİDEO 

Keçmiş məktəb direktoru 2 yaşlı nəvəsi ilə niyə KÜÇƏDƏ qalır? – DETALLAR/VİDEO 

Hazırda oxunan: Keçmiş məktəb direktoru 2 yaşlı nəvəsi ilə niyə KÜÇƏDƏ qalır? – DETALLAR/VİDEO 

142394

Bakıda səfil həyat tərzi sürən ailənin yaxınları axtarılır. Gecə saatlarında Nərimanov rayonu ərazisində narkotik vasitə aludəçisi olan qadın, onun 2 yaşlı övladı və atası davamlı olaraq yuxulu vəziyyətdə  aşkar edilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə həmin ailə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb:

“Məlum olub ki, vaxtilə Kürdəmirdə yaşayan bu ailə Bakının kəndlərindən birində müvəqqəti kirayədə qalıb. Kürdəmirdəki evi satıb Bakıya gəliblər. Natəmizliklərinə görə kirayələrdən də çıxarılıblar. Hər halda bu ailənin davranışlarında və səhhətlərində ciddi problemlər var. 

Məsələni ona görə ictimailəşdirdim ki, ailə Sosial Xidmətlər Agentliyi tərəfindən nəzarətə götürülsün və qiymətləndirilsin. Əgər ana əqli geri və ya ruhi xəstədirsə, onunla bağlı o istiqamətdə iş aparılsın.

Uşağın səhhətindəki problemlər araşdırılsın və xəstəxanaya yerləşdirilsin. Yaşlı baba bildiyim qədər zamanında Kürdəmir rayonunda məktəb direktoru işləyib. Demək ki, onun da hansısa sosial, nevroloji və psixo problemləri yaranıb. 
Ona da dəstək olmaq lazımdır ki, küçədə olmasın. Adam dünən gecə saat 4-ə qədər “Mado” restoranının arxasındakı parkda olub. Gecə diqqət çəkdiklərini görüb o ərazidən çıxıblar”. 

Kəmalə Ağazadə onu da əlavə edib ki, hazırda Bakı şəhər Baş Polis İdarəsi  ailəni tapmaq üçün onların kirayə qaldıqları ərazidə araşdırma aparır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Bizim.Media-ya hazırda həmin ailənin tapılması və müvafiq tədbirlər görülməsi üçün iş apardıqlarını bildirib. 
 

Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO