Qeyri-sabit hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək - RƏSMİ

Qeyri-sabit hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək - RƏSMİ

Hazırda oxunan: Qeyri-sabit hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək - RƏSMİ

142089

Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti qeyri-sabit, küləkli, yağıntılı keçib.

Bəzi yerlərdə leysan yağıb, dolu düşüb, qərb küləyinin sürəti güclənib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək. Bəzi yerlərdə yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli, intensiv və güclü olacağı ehtimal edilir.

Bizim.Media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında da iyunun 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO