Gəncədə hava kəskin dəyişdi, sürücülərə xəbərdarlıq edildi

Gəncədə hava kəskin dəyişdi, sürücülərə xəbərdarlıq edildi

Hazırda oxunan: Gəncədə hava kəskin dəyişdi, sürücülərə xəbərdarlıq edildi
14141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi qeyri sabit hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Yol Polisi Şöbəsindən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə sərnişin avtobusu qəzaya uğradı - Yaralılar var - FOTO


Billdirilib ki, qarlı havada təcrübəsi az olan sürücülər avtomobil idarə etməməlidirlər:

“Sürücülər mövcud şəraiti nəzərə alıb, şəxsi avtomobillərdən mümkün qədər istifadə etsinlər”.

Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.

"DYP şöbəsindən bildirib ki, sürücülər qarlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar".

"Həmçinin sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır".

Hava şəraiti ilə bağlı şəhərdə avtomobillərin hərəkətində çətinlik qeyd alınmayıb. Yol polisin əməkdaşları şəhərin küçə və prospektlərində hərəkəti tənzimləyirlər. Hazırda qərb bölgəsində qarın yağması davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO