Qəbələdəki ağır qəzada xəsarət alanların sayı 20-yə ÇATDI - VİDEO

Hazırda oxunan: Qəbələdəki ağır qəzada xəsarət alanların sayı 20-yə ÇATDI - VİDEO

138095

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir. 
 
*** 15:07

Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. 

İlkin məlumata görə, ümumilikdə 16 nəfər ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

***13:50

Qəbələdə Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun iştirakı ilə baş verən qəzada 10 nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, xəsarət alanlar Qəbələ rayon xəstəxanasına yerləşdirilib. 

Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

*** 13:32

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən magistral yolda qeydə alınıb.

Mikroavtobus və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə, 5 nəfər xəsarət alıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO