Trampa Hərbi sənaye kompleksindən  ”” Böyük dəstək

Trampa Hərbi sənaye kompleksindən ”” Böyük dəstək

Hazırda oxunan: Trampa Hərbi sənaye kompleksindən ”” Böyük dəstək

137545
Donald Tramp ABŞ-ın böyük silah lobbisinin dəstəyini alıb.

Moderator.az xəbər verir ki, Respublikaçılar Partiyasından Amerika prezidentliyinə namizəd Donald Tramp ölkənin silah lobbisi tərəfindən dəstəklənib.

Siyasətçi Kentukki şəhərində Milli Silah Assosiasiyasının illik konfransında çıxışı zamanı prezident seçiləcəyi təqdirdə ölkədə "silahsız zonaları" ləğv edəcəyini vəd edib. Bu barədə "France-Presse" agentliyi məlumat verir. 

O, ABŞ Konstitusiyasında silah saxlamaq və daşımaq haqqında qanuna ikinci düzəlişin edilməsinə yol verməyəcəyii bildirib. Demokratlar Partiyasından prezident postuna namizədliyini irəli sürmüş Hillari Klinton da bu düzəlişin sadələşdirilməsinin tərəfdarı olduğunu bəyan edib.

Assosiasiyanın rəhbəri Kris Koks respublikaçıları milyarderin ətrafında birləşməyə çağıraraq bunu " ümumi azadlıq uğrunda mübarizə" adlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO