Ölkədə yerli istehsallı qaz sayğacları QURAŞDIRILACAQ 

Ölkədə yerli istehsallı qaz sayğacları QURAŞDIRILACAQ 

Hazırda oxunan: Ölkədə yerli istehsallı qaz sayğacları QURAŞDIRILACAQ 
135770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlanılır. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin şöbə müdiri Rövşən Məhyəddinov məlumat verib. 

O bildirib ki, artıq Gəncə Cihazqayırma Zavodundan 2 minə yaxın qaz sayğacı alınıb. 

"Həmin qaz sayğacları həm sınaq qurğularında, eyni zamanda "Azəriqaz" İB-nin təbii qaz şəbəkəsində yoxlanılıb. Yoxlama zamanı hər hansı qüsur aşkarlanmayıb. Növbəti aydan məişət tipli qaz sayğaclarına olan tələbat yerli istehsal hesabına təmin olunacaq. İlkin mərhələdə qüsurla işləyən qaz sayğaclarının yenilənməsi zamanı, eyni zamanda yeni qazlaşdırılan fərdi evlər və mənzillərdə yerli istehsal olan sayğaclar quraşdırılacaq". 
Qeyd olunub ki, iyundan etibarən Gəncə Cihazqayırma Zavodunda ümumilikdə 405 min ədəd sayğacın kütləvi istehsalına başlanılacaq və il ərzində "Azəriqaz" İB-yə təhvil veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO