Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvlərini QƏBUL EDİB - FOTO

Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvlərini QƏBUL EDİB - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvlərini QƏBUL EDİB - FOTO
135321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, AFFA və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilmiş minifutbol turnirində "Ən yaxşı feyr-pley komandası" mükafatına layiq görülmüş Xarici İşlər Nazirliyinin (XİN) komandasının üzvləri ilə görüşüb. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazir bu münasibətlə komanda üzvlərini təbrik edib, onlara fəaliyyətində uğurlar arzulayıb. 

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş, yüksək səviyyədə təşkil edilmiş və gərgin mübarizə şəraitində keçən turnirin qrup mərhələsində komandanın keçirdiyi 12 oyundan 9-da qalib gələrək öz qrupunda ikinci ən yüksək nəticə göstərməsinin XİN kollektivi tərəfindən sevinclə qarşılandığı diqqətə çatdırılıb. 

Kifayət qədər rəqabətli keçən oyunlarda etika və qarşılıqlı hörmət prinsipləri, turnirin qaydaları və tələbələrinə riayət olunmasında nümunəvi yanaşma sərgiləyən kollektivin "Ən yaxşı feyr-pley komandası" mükafatına layiq görülməsinin təqdirəlayiq olduğu bildirilib. 

Sözügedən turnirin sağlam və fiziki cəhətdən fəal həyat tərzinin təbliğini özündə əks etdirdiyini, o cümlədən dövlət qurumları əməkdaşları arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edən Ceyhun Bayramov yüksək səviyyəli təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə təşəkkür ifadə edib.
Daha sonra çıxış edən XİN-in futbol komandasının kapitanı, xarici işlər nazirinin müavini Elnur Məmmədov oyunlar barədə təəssüratlarını bölüşüb, bundan sonra da aktiv şəkildə yarışlarda uğur qazanılması istiqamətində səy göstəriləcəyini diqqətə çatdırıb. 

Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvlərini QƏBUL EDİB - FOTO - foto 1
Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvlərini QƏBUL EDİB - FOTO - foto 2
Ceyhun Bayramov Ulu Öndərin xatirə turnirində fərqlənən XİN komandasının üzvlərini QƏBUL EDİB - FOTO - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO