İsmayıllıda REYD: Xeyli sayda sürücü CƏZALANDIRILDI - FOTO 

İsmayıllıda REYD: Xeyli sayda sürücü CƏZALANDIRILDI - FOTO 

Hazırda oxunan: İsmayıllıda REYD: Xeyli sayda sürücü CƏZALANDIRILDI - FOTO 
134951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində nəzarət-yoxlama tədbirləri həyata keçiriblər. 

Belə ki, atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə keçirilən tədbirdə avtomobillər saxlanılıb.

Həmin nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı yol polisi əməkdaşları tərəfindən xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

Avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə biləcəyi sürücülərin diqqətinə çatdırılıb.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb. 

İsmayıllıda REYD: Xeyli sayda sürücü CƏZALANDIRILDI - FOTO  - foto 1
İsmayıllıda REYD: Xeyli sayda sürücü CƏZALANDIRILDI - FOTO  - foto 2
İsmayıllıda REYD: Xeyli sayda sürücü CƏZALANDIRILDI - FOTO  - foto 3
İsmayıllıda REYD: Xeyli sayda sürücü CƏZALANDIRILDI - FOTO  - foto 4

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO