Kürdəmirdə

Kürdəmirdə "Yubiley Kuboku"nun final mərhələsi keçirildi - FOTO

Hazırda oxunan: Kürdəmirdə "Yubiley Kuboku"nun final mərhələsi keçirildi - FOTO
134826
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "Yubiley Kuboku"nun final mərhələsi keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 6 həftə davam edən "Yubiley Kuboku" uğrunda  mübarizədə ümumilikdə 45 tam orta məktəbdən 270 gənc iştirak edib.

Olduqca maraqlı keçən final mərhələsində düzgün cavab sayına görə ən çox xal toplamış Kürdəmir şəhər T.İsmayılov adına 1 saylı tam orta məktəbin "Dahi" komandası 1-ci yer, S.Paşayev adına 6 saylı tam orta məktəbin "Dəmir yumruq" komandası 2-ci yer, E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbin "Qoşqar" komandası isə 3-cü yeri qazanıb.
Qeyd edək ki, yarış Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.









Aqil Əsədov, Bizim.Media, Aran bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO