Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO

Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO

Hazırda oxunan: Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO
131842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad edilən Tərtər rayonunun Talış kəndində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.

Mərkəzin binası təmirdən sonra istifadəyə verilib və 5 otaqdan ibarətdir.  Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib. Eyni zamanda ASM-də  təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib, ambulansla təchiz olunub.
Tibb müəssisəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında xidmət göstərəcək. Hər növbədə həkim, tibb bacısı, sürücü və xadimə 24 saat fasiləsiz vətəndaşların xidmətində olacaq.

Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO - foto 1
Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO - foto 2
Talış kəndində Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO