Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO 

Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO 

Hazırda oxunan: Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO 
130984
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun bu rayondan keçən hissəsində Tala çayı üzərində yerləşən körpüdə bir sıra fəsadlar ortaya çıxdığından alternativ yoldan istifadə olunacaq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təmirə bağlanan körpü 1967-ci ildə istifadəyə verilib.  

50 ildən sonra, yəni 2017-ci ildə körpüdə yenidənqurma və əsaslı bərpa işləri aparılıb.  Uzunluğu 132 metr, eni 7 metr olan körpüdə təmirdən sonra hərəkət zolağının eni 10 metr, piyada zolaqları isə 3 metrə kimi genişləndirilib.  

Son təmir işləri aparılarkən körpüdə konstruksiya işləri düzgün icra edilmdiyindən   tez-tez dağılaraq, yararsız hala düşürdü. Bu isə avtomobillərin körpüdən hərəkətində çətinliklər yaradırdı.  

Təmir işləri ilə əlaqədar olaraq bütün avtomobillər alternativ yoldan istifadə edir. 
Rayon icra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, təmir işlərinin tez yekunlaşdırılması üçün yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.  

 

Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO  - foto 1
Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO  - foto 2
Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO  - foto 3
Zaqatalada magistral yol üzərindəki körpü TƏMİRƏ BAĞLANDI - FOTO  - foto 4

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO