Qobustanda iki yük avtomobili toqquşdu - Yaralılar var - FOTO/VİDEO

Qobustanda iki yük avtomobili toqquşdu - Yaralılar var - FOTO/VİDEO

Hazırda oxunan: Qobustanda iki yük avtomobili toqquşdu - Yaralılar var - FOTO/VİDEO
130487
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində, Bakı-Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes-Benz Atego” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında dayanmış “KamAZ” markalalı yük avtomobilinə, daha sonra isə dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış “Mersedes-Benz Atego” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sərnişin xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 



Qobustanda iki yük avtomobili toqquşdu - Yaralılar var - FOTO/VİDEO - foto 1
Qobustanda iki yük avtomobili toqquşdu - Yaralılar var - FOTO/VİDEO - foto 2
Qobustanda iki yük avtomobili toqquşdu - Yaralılar var - FOTO/VİDEO - foto 3
Qobustanda iki yük avtomobili toqquşdu - Yaralılar var - FOTO/VİDEO - foto 4

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO