Ailəsi Fazil Mustafanı belə qarşıladı - FOTO/VİDEO

Ailəsi Fazil Mustafanı belə qarşıladı - FOTO/VİDEO

Hazırda oxunan: Ailəsi Fazil Mustafanı belə qarşıladı - FOTO/VİDEO
130236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanadan evə buraxılıb. 

Bizim.Media xəbər verir ki, deputatın müavini Əjdər Əliyev onun evindən fotolar paylaşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili: “Yoldaşım qapını açanda dedim ki, məni vurdular” - VİDEO


"Mart ayının 28-də terror hücumuna məruz qalaraq ağır yaralanan BQP başqanı, millət vəkili Fazil Mustafa həkimlərin səyi ilə xəstəxanadakı müalicə dövrünü uğurla başa çatdıraraq, bu gün doğma evinə döndü", - deyə o qeyd edib. 

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib.

F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib. 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. 

Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. 


Ailəsi Fazil Mustafanı belə qarşıladı - FOTO/VİDEO - foto 1
Ailəsi Fazil Mustafanı belə qarşıladı - FOTO/VİDEO - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO