16 vəzifəli şəxs cərimələnib - RƏSMİ 

16 vəzifəli şəxs cərimələnib - RƏSMİ 

Hazırda oxunan: 16 vəzifəli şəxs cərimələnib - RƏSMİ 
129429
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə xüsusi icazə verilib. 

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ilin birinci rübü ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə 63-ü planlı, 6-sı isə plandankənar olmaqla 69 nəzarət-yoxlama tədbiri keçirilib.

Nəticədə inzibati xəta əlamətləri aşkar olunduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 hüquqi, 16 vəzifəli və 1 fiziki şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Bundan əlavə, 31 müəssisəyə qəza hallarına hazırlıq və cavabvermə üzrə tədbirlərin gücləndirilməsi məqsədilə metodiki köməklik göstərilib. 

Vurğulanıb ki, Agentlik ötən rüb ərzində 106 müəssisəyə ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 119 “xüsusi icazə” verib. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 8 rəy verilib. 
Bundan əlavə, Agentlik 2023-cü ilin birinci rübündə aparılmış inventarizasiya tədbirləri çərçivəsində ölkədə 74 müəssisə üzrə ionlaşdırıcı şüalanma mənbəyi hesab edilən 223 qurğuya dair məlumatları təhlil edib və onlar məlumat bazasında qeydə alınıb. Həmçinin 29 müəssisə üzrə 2389 radioaktiv mənbə və 90 rentgen aparatı barədə məlumatlar radioaktiv mənbələrin məlumat bazasına daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO