Bakı Nəqliyyat Agentliyi 8 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edib

Bakı Nəqliyyat Agentliyi 8 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edib

Hazırda oxunan: Bakı Nəqliyyat Agentliyi 8 müntəzəm marşrut xətti üzrə müsabiqə elan edib
128724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Nəqliyyat Agentliyi (BNA) daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 8 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə BNA-dan məlumat verilib. 

Bildirilib ki, müsabiqəyə çıxarılan 39, 109, 110, 168, 172, 184, 200 və 217 nömrəli müntəzəm marşrut xətləridir. 

Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir. 
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO