Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO  

Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO  

Hazırda oxunan: Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO  
128343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimal bölgəsində ötən gün qar və yağışla müşayiət olunan hava aprelin 1-ə keçən gecə daha da intensivləşib. El arasında "adam aldadan" gün kimi tanınan aprel ayının 1-də təbiət də bir növ insanları aldadıb, elə bil yenidən qış gəlib.

Bizim.Media-nın yeri bürosu xəbər verir ki, bölgənin Quba və Qusar rayonlarında havanın temperaturu 10 dərəcədən çox aşağı düşüb. 

Ən çox şaxta -7,5 dərəcə olmaqla, Qubanın Qrız kəndində qeydə alınıb. Xaltan, Altıağac, Qusar və Quba şəhərlərində və bütün dağlıq ərazilərdə də şaxtalı hava müşahidə edilib. 

Aprelin 1-i bölgədə soyuq hava şəraiti təkcə şaxta ilə deyil, çox qar yağması ilə də özünü göstərib. Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar da 15 sm olmaqla, Qrız kəndinə düşüb. 

Qusarın Həzrə kəndində qarın hündürlüyü 12, Altıağacda 10, Xaltanda 10, Quba şəhərində 3 sm təşkil edib. Yerli sakinlərin sözlərinə görə, Xızı qəsəbəsinə də 6-7 sm qar yağıb.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO   - foto 1
Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO   - foto 2
Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO   - foto 3
Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO   - foto 4
Qubanın Qrız kəndinə 15 sm QAR YAĞIB - FOTO   - foto 5

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO