Qalmaqallı keçidin sökülməsinə AAYDA-dan AÇIQLAMA – “Başqa ərazidə quraşdırılacaq”

Qalmaqallı keçidin sökülməsinə AAYDA-dan AÇIQLAMA – “Başqa ərazidə quraşdırılacaq”

Hazırda oxunan: Qalmaqallı keçidin sökülməsinə AAYDA-dan AÇIQLAMA – “Başqa ərazidə quraşdırılacaq”

127437

Xəbər verildiyi kimi Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində inşa edilən yerüstü piyada keçidinin söküntüsünə başlanıb. Tikilinin bir hissəsi artıq dağıdılıb. Iddialara görə 3 mərtəbə hündürlüyündə olan keçiddən istifadə olunmadığı üçün aidiyyəti qurum tərəfindən sökülməsi qərarı verilib. 

Sözügedən piyada keçidinin inşasını aparan və hazırda söküntüsünə başlayan Azərbaycan Avtomobil yolları Agentliyindən Bizim.Media-ya məsələyə aydınlıq gətirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paytaxtda eybəcər MƏNZƏRƏ - Piyada keçidi niyə sökülür? - FOTO


Agentliyin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib:

“Sözügedən yerüstü piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq”, - deyə Anar Nəcəfli əlavə edib.

Qeyd edək ki, vaxtilə keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən  icazə, həmçinin Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO