Ağsuda şəhid ailəsi ziyarət edildi, bayram sovqatı verildi - FOTO 

Ağsuda şəhid ailəsi ziyarət edildi, bayram sovqatı verildi - FOTO 

Hazırda oxunan: Ağsuda şəhid ailəsi ziyarət edildi, bayram sovqatı verildi - FOTO 

126276

Ağsuda Vətən Müharibəsi şəhidi Rauf Məlikovun qızının ad günü şəhid ailəsinin yaşadığı evdə qeyd edilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, görüşdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli şəhid Rauf Məlikovun göstərdiyi qəhrəmanlıq yolundan, onun igidliyindən və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən söhbət açıb. 

Qonaqlar şəhidin qızı Zəhra Məlikovanı doğum günü münasibəti ilə təbrik edib, ona gələcək həyatında uğur və müvəffəqiyyətlər arzulayıblar. Eləcə də, şəhid ailəsini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər.  
Şəhidin atası Mahir Məlikov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib. Şəhid Rauf Məlikovun qızının ad günü, eləcə də qarşıdan gələn Novruz Bayramı münasibətilə ailəyə hədiyyələr və bayram sovqatı verilib. 

Həmçinin, bu gün Ağsu rayonundan olan digər Vətən müharibəsi şəhidi ailələrinə də Novruz Bayramı münasibətilə bayram sovqatları çatdırılıb.  




Aqil Əsədov,Bizim.Media,Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO