İki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul olunub

İki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul olunub

Hazırda oxunan: İki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul olunub
126235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq olimpiada qalibi olan iki məktəblimiz dünyanın qabaqcıl universitetlərinə qəbul ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd  olunur ki, riyaziyyat fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiadalar qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Cəlil Hüseynov müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan Sinqapur Milli Universitetinə (National University of Singapore), fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpiadalar qalibi, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Sadiq Sadıxzadə isə müvafiq ixtisas üzrə reytinqlərdə 6-cı olan London İmperial Kollecinə (Imperial College London) qəbul olunub.

Qeyd edək ki, bundan öncə Azərbaycan məktəbliləri Fidan Qarayeva və Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) birbaşa qəbul olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO