“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
125925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. O cümlədən sərnişindaşıma xidmətinin təhlükəsiz, rahat və vaxtında təmin edilməsi istiqamətində əlavə tədbirlər planı həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə ADY-nin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Novruz bayramında artan sərnişin tələbatı nəzərə alınaraq, 20, 22, 24 mart tarixlərində Bakı-Qəbələ, 21, 23, 25 mart tarixlərində isə Qəbələ-Bakı istiqamətində reyslərin sayı artırılıb.  

Bakı-Qəbələ marşrutu üzrə qatar Bakıdan saat 08.00-da yola düşərək mənzil başına saat 11:20-də çatacaq. Qəbələdən Bakıya saat 19:00-da yola düşən qatar isə saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.   
ADY, həmçinin ölkə daxili sərnişin daşıma xidmətləri çərçivəsində Bakı-Ağstafa marşrutu üzrə 18 mart tarixinə əlavə 2 reys, 19 və 20 mart tarixlərinə isə əlavə 1 reys təyin edib. 

Qeyd edək ki, 18 mart tarixində sərnişin qatarı saat 08:25, 08:45 və 17.00-da Bakıdan Ağstafaya yola düşəçək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.  

19 və 20 mart tarixlərində isə sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəçək. 

Bayram günlərində Abşeron Dairəvi Dəmiryolu xətti üzrə həyata keçirilən sərnişin daşımalara gəlincə isə qatarlar istirahət günlərindəki ənənəvi qrafikə uyğun hərəkətdə olacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO