Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO 

Hazırda oxunan: Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO 
125715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs olunub. 

Bu barədə Bizim.Media-ya DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Məlumata görə, yol polisi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb. 

Belə ki, Rüfət Cəfərov idarə etdiyi "Mercedes" markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevr etmə qaydalarını pozduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.  
Müayinə zamanı R.Cəfərovun narkotik maddə qəbul etdiyi müəyyənləşib. 

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, R.Cəfərov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  - foto 1
Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  - foto 2
Narkotik vasitənin təsir altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO