Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO 

Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO 

Hazırda oxunan: Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO 
125533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə yazın gəlişinin müjdəçisi olan ilaxır çərşənbə torpaq çərşənbəsi qeyd olunub. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, baharın müjdəçisi olan İlaxır çərşənbə kimi də adlanan Torpaq çərşənbəsi münasibətilə bayram tədbiri Kürdəmir rayon İcra Hakimiyyətinin və Kürdəmir rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub. 

Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə böyük coşqu ilə qeyd olunub. 

Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətin Başçısı Elxan İbrahimov və rayon ictimaiyyətinin eləcə də mədəniyyət mərkəzinin nümayəndələri iştirak ediblər. 
Bayramın atributlarından olan Kosa və Keçəl maraqlı məzhəkələrlə iştirakçıları əyləndiriblər. İdmançıların maraqlı çıxışları, yumurta döyüşdürülməsi, müxtəlif oyunlar bayram əhval-ruhiyyəsi yaradıb. Əllərində yanar lopalar tutmuş oğlanlar tonqalın yandırılması mərasimində iştirak ediblər. 

Təşkil olunan şənlikdə rayonun incəsənət ustaları yazın gözəlləyini özündə əks etdirən mahnılarla çıxış ediblər. 

Qeyd edək ki, İlaxır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş və yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması ərəfəsi məhz ilin axrıncı çərşənbəsinə həvalə olunur. 

Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO  - foto 1
Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO  - foto 2
Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO  - foto 3
Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO  - foto 4
Kürdəmirdə İlaxır çərşənbə BELƏ  qeyd edildi - FOTO  - foto 5

Aqil Əsədov,Bizim.Media,Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO