48 il işlədiyi universitetdə ÖLDÜ

48 il işlədiyi universitetdə ÖLDÜ

Hazırda oxunan: 48 il işlədiyi universitetdə ÖLDÜ
124560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı işdə vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə AzMİU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat verib.

Bildirib ki, bu gün səhər saatlarında Aybəniz Kosayeva işə gəlib və qəfil halı pisləşib: 

"Universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı.

Həkimlərin ilkin təşxisinə görə, onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Allah rəhmət eləsin”. 

Qeyd edək ki, Aybəniz Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin texnologiyası ixtisasını bitirib.

Aybəniz Kosayeva 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kimya kafedrasında ( indiki Fizika və Kimya ) işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO