Ordumuzun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı VERİLDİ - VİDEO 

Ordumuzun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı VERİLDİ - VİDEO 

Hazırda oxunan: Ordumuzun Naxçıvandakı bölmələrinə həyəcan siqnalı VERİLDİ - VİDEO 
122860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib. 

Bizim.Media xəbər verir ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən bir neçə birləşmə və hərbi hissənin cəlb edilməsi ilə keçirilən təlimdə qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. 

Təlimin növbəti mərhələsində idarəetmə məntəqələrində əməliyyatlar planlaşdırılıb, müxtəlif fəaliyyət tərzləri üzrə hesabatlar aparılıb, praktiki fəaliyyətdə olan bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələr arasında qarşılıqlı əlaqənin və hərtərəfli təminatın təşkili üzrə plan və hesabatlar hazırlanıb. 

Qərargahlar tərəfindən qəbul edilmiş qərarlara uyğun ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib. 

Simulyasiya Mərkəzində keçirilən təlimin sonuncu mərhələsində qarşıda duran tapşırıqların kompüter üzərində məşqi icra edilib. Fəaliyyətlərin nəticələri təhlil edilən zaman müxtəlif qoşun növü birləşmələrinin qarşılıqlı fəaliyyəti və komandirlərin yaranmış şəraitə uyğun olaraq qısa zamanda doğru qərar qəbuletmə bacarıqları yüksək qiymətləndirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO