Ağsu dolaylarında 10 santimetr qar ÖRTÜYÜ - FOTO

Ağsu dolaylarında 10 santimetr qar ÖRTÜYÜ - FOTO

Hazırda oxunan: Ağsu dolaylarında 10 santimetr qar ÖRTÜYÜ - FOTO
122302
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu dolaylarında axşamdan yağmağa başlayan qar artıq 10 santimetrə çatıb.

Bizim.Meda-nın Aran bürosu xəbər verir ki, hazırda dolaylarda qarın intensiv yağması davam edir.

Axşamdan yağan qar fəsadsız ötüşməyib. Belə ki, bəzi kiçik tutumlu avtomobillər hərəkət zamanı sürüşərək, yolda çətinliklər yaranıb.

Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları, canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.

4 nömrəli magistral yolları istismarı MMC-nin sahə rəisi Eldar İsrafilov, sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür. 

Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması və qatı dumanın olması istisna olunmur. Ona görə də sürücülər bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etməyi məqbul sayılır.

Qeyd edək ki, ölkə ərazisində kəskin soyuq hava şəraiti və qarın intensiv yağması müşahidə olunur. Buna görə sürücülər uzaq yola çıxarkən avtomobillərinin texniki sazlığına daha çox diqqət etmələri tövsiyə olunur.


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO