BİZİM TƏQVİM: 35 il əvvəl Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetiriblər

BİZİM TƏQVİM: 35 il əvvəl Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetiriblər

Hazırda oxunan: BİZİM TƏQVİM: 35 il əvvəl Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetiriblər

121759

22 fevral ölkəmizdə avtomobil yolları işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu gün Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamına əsasən qeyd edilir.

Bəs, 22 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1819-cu ilin 22 fevral tarixində İspanya Floridanı Amerika Birləşmiş Ştatlarına 5 milyon dollara satıb.

2. 1848-ci ilin bu günü Fransanın paytaxtı Parisdə fəhlələr ayağa qalxıb. Bununla da 2 il boyu Avropanı alt-üst edəcək fəhlə inqilabları başlayıb. Fransadan qalxan və qısa müddətdə bütün Avropanı təsiri altına salan Boyük Fransa İnqilabı torpaq islahatının gecikməsi, kənd təsərrüfatının geriləməsi və burjuaziyanın daha çox zənginləşməsinə etiraz olaraq baş verib. Bir çox ölkədə hakimiyyət dəyişikliklərinə yol açan bu inqilab Fransada ikinci respublikanın qurulmasına gətirib çıxardıb.

3. 1933-cü ilin 22 fevralında Türkiyənin İstanbul şəhərində məhşur “Vaqon-Li” hadisəsi baş verib.  Qeyd edək ki, “Vaqon-Li” şirkəti Türkiyə Cümhuriyyəti qurulduqan sonra Osmanlı dövründən qalan bir çox xarici şirkət kimi milliləşdirildi və dövlət balansına daxil edildi.

4. 1944-cü ilin 22 fevralında Amerika Birləşmiş Ştatlarının döyüş təyyarələri Hollandiyanın Neymeqen, Arnem, Enshede və Deventer şəhərlərini səhvən bombaladı. Təkcə Neymeqendə 800 nəfər dünyasını dəyişdi.

5. Bu gün Türkiyə tarixinə 1962-ci il 22 Fevral Qiyamı olaraq düşüb. Ankarada Ali Hərbi Məktəb komandiri, polkovnik Talat Aydemir və yoldaşları hökumət çevrilişi etmək istədilər, ancaq cəhdetmə yatırıldı. Qiyama qatılan zabitlər təcili təqaüdə çıxarıldı, bəzi yüksək vəzifəli zabitlərin isə yerləri dəyişdirildi. Hökumət söz verdiyi kimi etdi: qiyamçıları bağışladı.

6. 22 fevral 1988-ci ildə Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetiriblər.

7. 1990-cı ildə Böyük Britaniya hökuməti “Cinayət qurbanlarının xartiyası” adlı sənədi beynəlxalq müzakirəyə çıxardıb. BMT-nin himayəsini qazanan bu təşəbbüsə əsasən, fevralın 22-si Cinayət Qurbanlarına Beynəlxalq Dəstək Günü kimi qeyd olunur.

22 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Amerikanın məhşur dövlət xadimi Corc Vaşinqton 1732-ci ilin bu günü dünyaya gəlib. Corc Vaşinqton 1789-1797-ci illərdə Şimali Amerika dövlətinin ilk prezidenti olub. 1799-cu ildə 67 yaşında dünyasını dəyişib. (1732-1799)

2. Dünyaşöhrətli böyük bəstəkar Frederik Şopen 1810-cu ilin 22 fevralında Polşanın paytaxtı Varşavada dünyaya gəlib.

3. Məhşur alman fiziki Henri Herts 1859-cu ilin bu günü Hamburqda anadan olub.

4. 22 fevral Azərbaycanın Xalq artisti, kinoaktyor, memar, rəssam və tanınmış estrada müğənnisi Mirzə Babayevin xatirə günüdür.  Mirzə Babayev 2003-cü ilin bu günü 89 yaşında dünyasını dəyişib. (1913-2003)

5. 1924-cü ilin bu günündə Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərov anadan olub. S.Ələsgərov 200-ə qədər mahnı və romansların və s. əsərlərin müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO