Bakının bu rayonunda havada dəm qazı normadan ÇOXDUR - RƏSMİ

Bakının bu rayonunda havada dəm qazı normadan ÇOXDUR - RƏSMİ

Hazırda oxunan: Bakının bu rayonunda havada dəm qazı normadan ÇOXDUR - RƏSMİ
121477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Fevralın 20-də səhər saatlarında Bakı şəhərinin Səbail, Nizami, Nərimanov rayonları və Sumqayıt şəhəri ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub. Lakin Xətai rayonunda dəm qazı normadan 1.6, Gəncə şəhərində isə azot-4 oksid normadan 1.3 dəfə yüksək qeydə alınıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) atmosfer havasının 20 fevralda gözlənilən keyfiyyəti ilə bağlı açıqlamasında bildirilib.

“Aparılan təhlillərin nəticələri göstərir ki, sözügedən ərazilərin atmosfer havasının digər ərazilərdən fərqli olaraq daha çox çirklənməyə məruz qalmasının səbəbi həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, eyni zamanda, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir”, - deyə rəsmi məlumatda vurğulanıb.
Qeyd edilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO