Aygün Bəşirova yeni vəzifəyə TƏYİN OLUNDU

Aygün Bəşirova yeni vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Aygün Bəşirova yeni vəzifəyə TƏYİN OLUNDU
120856
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nə icraçı direktorun müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, Mərkəzin Müşahidə Şurasının qərarı ilə Aygün Bəşirova Mərkəzin icraçı direktorunun müavini təyin edilib.

Aygün Bəşirova 1984-cü ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini “Dövlət hüququ” ixtisaslaşması üzrə bitirib.  
Aygün Bəşirova əmək fəaliyyətinə 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsində başlayıb, 2017-ci ildən həmin baş idarənin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi vəzifəsində çalışıb.

Eyni zamanda o, Ədliyyə Nazirliyi Apellyasiya Şurasının üzvü olub. 2019-cu ildən hal-hazıradək Hüquqi Əməkdaşlıq üzrə Avropa Komitəsinin eksperti qismində fəaliyyət göstərib. 

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO