Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT 

Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT 

Hazırda oxunan: Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT 
120175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmir rayonunda yerləşən 7 nömrəli yaşayış binasının sakinləri Bizim.Media-ya bildiriblər ki, zirzəmidə yaranmış antisanitariya vəziyyəti ilə əlaqədar döymədikləri qapı qalmayıb. İllərdi sakinlər qrunt və kanalizasiya sularının əhatəsində yaşamağa məhkum olublar. 

Əməkdaşımıza öz problemlərini danışan bina sakinləri bildiriblər ki, üfunət və rütubət üzündən müxtəlif yoluxucu xəstəliklərə yoluxurlar. Qış ayları olmasına baxmayaraq insanlar ağcaqanad və milçəyin çoxluğu üzündən təngə gəliblər. Hətta şaxtalı havalarda da mənzillərində ağcaqanad və milçək əleyhinə dərman istifadə etməyə məcburdurlar. 

Sakinlər bildiriblər ki, problemin həllinə olan ümidlərini artıq itiblər. 

Qeyd edək ki, 5 mərtəbəli yaşayış binası 1988-ci ildə inşa olunub. Bina rayonda fəaliyyət göstərən un zavodunun sifarişi ilə tikilərək, işçilərinə təhvil verilib. Hazırda binada 40 ailə olmaqla 250 nəfərə yaxın sakin yaşayır.

Kürdəmir rayon Mənzil İstismar Sahəsinin rəisi Azər Məmmədov Bizim.Media-nın əməkdaşına bildirib ki, bina MİS balansında olsa da binanın kanalizasiyasının təmirinə rayon Su-Kanal idarəsi cavabdehdir. 

“Azərsu” ASC-nin 2 nömrəli regional Sukanal İdarəsinin Kürdəmir sukanal sahəsinin rəisi Arzu Şahbazov isə bildirib ki, sözügedən 5 mərtəbəli binanın zirzəmisinə daima qrunt suları yığılır:

“Dəfələrlə idarə tərəfindən xüsusi texnikalarla həmin qrunt suları çəkilsədə üstündən az vaxt keçdikdən sonra həmin ərazi yenə qrunt suları ilə təkrar dolur. Adı çəkilən binada kanalizasiya problemi yoxdur. Sadəcə rayon mərkəzində yağış suları hələ tənzimlənməyib. Yeni kanalizasiya sistemi qurulacağı zamanı 7 nömrəli binanın sakinlərinin problemi də tam həllini tapacaq”. 

Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 1
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 2
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 3
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 4
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 5
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 6
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 7
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 8
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 9
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 10
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 11
Kürdəmirdə 7 nömrəli binanı kim “AĞCAQANAD FERMASI”NA çevirib? - FOTOFAKT  - foto 12

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO