Bakı-Qazax şossesində ağır QƏZA – DÖRD yaralı var

Bakı-Qazax şossesində ağır QƏZA – DÖRD yaralı var

Hazırda oxunan: Bakı-Qazax şossesində ağır QƏZA – DÖRD yaralı var

117744

Bakı-Qazax şossesində qəza baş verib. Dörd nəfərin xəsarət aldığı bildirilir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, qəza zamanı xəsarət alan iki nəfərin vəziyyəti ağırdır.

Hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı mikroavtobus paytaxt istiqamətinə hərəkətdə olarkən minik maşını ilə toqquşub.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orucov Mehman Bəxtiyar oğlu, 1973-cü il təvəllüdlü Orucova Sevinc Kamal qızı və 1954-cü il təvəllüdlü Eminov Nazim Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO