İƏT səfirliyimizə edilən terrorla bağlı Azərbaycana başsağlığı verdi

İƏT səfirliyimizə edilən terrorla bağlı Azərbaycana başsağlığı verdi

Hazırda oxunan: İƏT səfirliyimizə edilən terrorla bağlı Azərbaycana başsağlığı verdi

117467

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikasının Tehrandakı səfirliyində bir əməkdaşın ölümü, iki nəfərin yaralanması ilə nəticələnən faciəvi insidentlə bağlı dərin hüznlə başsağlığı verib.

Bizim.Media bu barədə təşkilata istinadən xəbər verir.

"Həlak olan əməkdaşın ailəsinə və yaxınlarına, həmçinin, Azərbaycan xalqına və hakimiyyətinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Bu hadisənin tez bir zamanda və obyektiv şəkildə araşdırılacağına səmimi qəlbdən inanır və bu cür faciəvi hadisələrin təşkilatın üzv dövlətləri arasındakı möhkəm tarixi və mədəni əlaqələrinə təsir göstərməyəcəyinə ümid edirik", - bəyanatda deyilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Azərbaycanın İrandakı səfirliyindəki terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi dünən axşam Bakıya gətirilib və bugün ikinci Şəhidlər Xiyabanında dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO