Azərbaycanın İrandakı səfirindən terror aktı ilə bağlı AÇIQLAMA

Azərbaycanın İrandakı səfirindən terror aktı ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanın İrandakı səfirindən terror aktı ilə bağlı AÇIQLAMA

117422

"Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində yaralanan şəxslərin vəziyyəti yaxşıdır"

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İrandan təxliyyə olunan səfiri Əli Əlizadə deyib.

Diplomatın sözlərinə görə, onların səhhəti ilə bağlı məsələ nəzarət altındadır.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO