Bakıda bir neçə aydır bağlı olan yol AÇILDI - VİDEO 

Bakıda bir neçə aydır bağlı olan yol AÇILDI - VİDEO 

Hazırda oxunan: Bakıda bir neçə aydır bağlı olan yol AÇILDI - VİDEO 
116687
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda bir neçə aydır tamamilə bağlanmış Badamdar-20-ci sahə yolu açılıb. 

Bizim.Media “Xezerxeber.az”a istinadən xəbər verir ki, ərazidə avtomobillərin hərəkəti bərpa olunub.

Sürüşmə zonasında tamamilə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, asfalt çəkilib. 

Yamac ətrafında beton sədlər çəkilib. Hazırda bəndin üst hissəsində istinad divarlarının bərkitmə işiləri aparıldığından yolda hərəkət qismən məhdudlaşdırılıb. Buna görə də həmin yoldan marşrut avtobuslarının hərəkətinə hələlik icazə verilmir. İcazə yalnız minik avtomobilləri üçündür. 

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş vermiş sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı. 
Mövzu ilə bağlı daha ətraflı videomaterialda: 
 



Bizim.Media
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO