Deputatlardan həkim və müəllimlərin pensiya yaşına ETİRAZ: “Süni işdən çıxarılmalar var”

Deputatlardan həkim və müəllimlərin pensiya yaşına ETİRAZ: “Süni işdən çıxarılmalar var”

Hazırda oxunan: Deputatlardan həkim və müəllimlərin pensiya yaşına ETİRAZ: “Süni işdən çıxarılmalar var”
116168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İş yerlərində bu gün üçün mövcud olan işçi ixtisarları süni şəkildə baş verir.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, ən çox əziyyət çəkilən məsələlərdən biri iş yerlərindən ixtisarlarla bağlıdır:

“Xahiş edirəm ki, plana uyğun olaraq ən azı dövlət qurumlarından, müvafiq nazirliklərdən siyahı alaq ki, heç olmasa son bir ildə orada nə qədər işçi ixtisarı olub? Əvvəl işsizlik problemi var idisə, bu gün işçi ixtisarları ilə bağlı şikayətlərlə qarşılaşırıq. Bu da süni ixtisarlardır. Fəxri fərman və ya təşəkkürnamə verilən şəxs bir aydan sonra yeni rəhbər gəlib deyə ixtisara düşüb. Səbəb də odur ki, səninlə işləmək istəmirəm. İxtisar olunmuş insanların da problemləri ilə bağlı ya ictimai dinləmə və ya müvafiq qurumlarla müzakirə keçirək”.

Deputat əlavə edib ki, 65 yaşı tamam olan müəllim, həkimlər avtomatik işdən çıxarılır:

“Halbuki Avropada həkimləri 70 yaşına qədər saxlayırlar. Həkim 65 yaşından sonra harada işləsin? Həkim 320 manat pensiya alır. Bununla necə yaşasın? Pensiyaya çıxan müəllim və tibb işçilərinin ehtiyac olan bölgələrdə işlə təmin olunmasını təklif edirəm”.

Komitə sədri Musa Quliyev M.İbrahımqızının çıxışına cavab olaraq bildirib ki, yaş limitinə qarşıdır:

“Əgər həmin şəxs işində peşəkardırsa, fəaliyyətini davam etdirə bilər və kimsə də buna mane ola bilməz. Yaz sessiyası müddətində keçirilməsi nəzərdə tutulan əmək münasibətləri ilə bağlı dinləmələrdə bu məsələni də qaldıra bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO