Qanunsuz neft məhsulları satışının qarşısı alınıb - RƏSMİ - FOTO/VİDEO

Qanunsuz neft məhsulları satışının qarşısı alınıb - RƏSMİ - FOTO/VİDEO

Hazırda oxunan: Qanunsuz neft məhsulları satışının qarşısı alınıb - RƏSMİ - FOTO/VİDEO
115914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

FHN qanunsuz neft məhsulları satışının qarşısını alıb.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında yerləşən “Avto Qarant” ASC-nin ərazisində yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları (yağ) ilə dolu çənlərin saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.
Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO