Vətən müharibəsi qazisi yüksək vəzifəyə təyin EDİLDİ - FOTO

Vətən müharibəsi qazisi yüksək vəzifəyə təyin EDİLDİ - FOTO

Hazırda oxunan: Vətən müharibəsi qazisi yüksək vəzifəyə təyin EDİLDİ - FOTO

115911

Balakəndə Vətən müharibəsi qazisi yüksək vəzifəyə təyin edilib.

Vətən Müharibəsi qazisi Hacı Muradov Balakən rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə ictimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub. 

Bu barədə Bizim.Media-ya rayon icra hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, Hacı Muradov 1989-cu ildə Balakən rayonunun Qazma kəndində anadan olub,

“Tarix” ixtisası üzrə Azərbaycan Universitetini bakalavr, Bakı Dövlət Universitetini isə magistr dərəcəsi ilə bitirib. 2017-2021-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmət edib. Vətən müharibəsi zamanı baş leytenant rütbəsində Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb. 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hacı Muradov “Kəlbəcərin azad olunmasına görə”, I dərəcə “Hərbi xidmətlərə görə” medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. 

İcra hakimiyyətindən əlavə olaraq bildirilib ki, rayonda dövlət işlərində gənclərə üstünlük verilməsi və Vətən Müharibəsi iştirakçılarına yüksək etimad göstərilməsi dövlətin qayğı və diqqətinin nəticəsidir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO