Xankəndi-Laçın yolundan sülhməramlıların 22 avtomobili keçdi - YENİLƏNİB - VİDEO

Xankəndi-Laçın yolundan sülhməramlıların 22 avtomobili keçdi - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Xankəndi-Laçın yolundan sülhməramlıların 22 avtomobili keçdi - YENİLƏNİB - VİDEO

114831

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik maşınları Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 22 avtomobil maneəsiz hərəkət edib.

***14:10

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin yük maşınları Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 18 avtomobil maneəsiz hərəkət edib.

***10:27

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 9 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik və 8 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

***09:26

Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 35 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Bizim.Media
 

 



 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO