
- A-
- A
- A+
Daşkəsəndə qanunsuz silahlar müsadirə olundu - FOTO
Daşkəsəndə qanunsuz saxlanılan ov silahları müsadirə edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Keçirilən müvafiq tədbirləri nəticəsində Çovdar kənd sakinləri Eytibar Abdullayev, Zabil Sadıqov və Coşqun Mikayılovdan “TOZ” markalı 16 kalibrli, Qabaqtəpə kənd sakini Elşən Qasımovdan isə 20 kalibrli, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Keçiriln digər tədbirlər nəticəsində isə vətəndaşdan 8 ədəd əl qumbarası, 200 ədəd “pulemyot-Kalaşnikov” silahına məxsus 7.62 mm-lik patron, 1 ədəd avtomat darağı və 365 ədəd “Kalaşnikov” avtomatına məxsus 7.62 mm-lik patron aşkar edilərək götürülüb.
Bundan başqa şöbə əməkdaşlarının vətəndaşlar arasında apardığı mütəmadi profilaktiki söhbətlərin nəticəsində rayon sakini Elfaq Abbasov babasından qalma 2 ədəd müvafiq sənədləri olmayan ov tüfənglərini polisə könüllü təhvil verilib.
Aşkar edilən müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































