
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 09.01.2023
1 dəq oxunma
Salyanda iki "Kamaz" toqquşdu - Ölən və yaralanan var - FOTO/VİDEO
Hazırda oxunan: Salyanda iki "Kamaz" toqquşdu - Ölən və yaralanan var - FOTO/VİDEO
113735
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Salyanda ölümlə nəticələnin ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoşqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu açılıb, un kisələri yola tökülüb.
Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





































































































