
- A-
- A
- A+
Cəmiyyət
08:35 / 28.12.2022
1 dəq oxunma
Gəncədə 3 avtomobil toqquşdu - Yol kənarında dayanan piyada öldü
Hazırda oxunan: Gəncədə 3 avtomobil toqquşdu - Yol kənarında dayanan piyada öldü
112027
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gəncədə baş verən ağır yol qəzasında piyada həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
Hərəkətdə olan "Mercedes", "VAZ-2106" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı avtomobillərdən biri yolun kənarında dayanan piyadanı, Gəncə şəhəri Bayan küçəsinin sakini, 1992-ci il təvəllüdlü Ramin Musayevi vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Zəncirvarı qəza zamanı "VAZ-2106” sürücüsü 2001-ci il təvəllüdlü Hüseyn Məmmədov da xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































