Bakıda 24 məktəb direktoruna fəxri fərman verildi

Bakıda 24 məktəb direktoruna fəxri fərman verildi

Hazırda oxunan: Bakıda 24 məktəb direktoruna fəxri fərman verildi
10975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 24 nəfər məktəb direktoru fəxri fərmanla təltif edilib.

Bu barədə Bizim.Media-ya Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan məktəb direktorlarını təbrik edib, təhsil sahəsində aparılan islahatlardan, qazanılmış uğurlar və perspektiv məsələlərdən, “2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlərdən söz açıb.

İdarə müdiri tədrisin təşkilində məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

O, təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, gənc nəslin bilikli, vətənpərvərlik və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib.

BŞTİ-nin müdiri təltif olunan təhsil işçilərinə səmərəli fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.

Məktəb direktorlarına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Təltif olunmuş şəxslər onların əməyinə verilən dəyərə görə minnətdarlıqlarını bildirib və təhsil sahəsindəki uğurların daha da artacağına əminliklərini ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO