Erməni təxribatına CAVAB:

Erməni təxribatına CAVAB: "Sülhməramlıların nəzarətindəki ərazilərimizə verilən qaz kəsilməyib"

Hazırda oxunan: Erməni təxribatına CAVAB: "Sülhməramlıların nəzarətindəki ərazilərimizə verilən qaz kəsilməyib"
109520
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azəriqaz” İstehsalat Birliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə verilən qazın kəsilməsi ilə bağlı açıqlama yayıb.

Bizim.Media-nın məlumatına görə,, açıqlamada deyilir ki, Ermənistan kütləvi informasiya vasitələrində növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır: “Bu dəfə yayılan dezinformasiyaya görə, guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırıb.

Şübhəsiz ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir. “Azəriqaz” İB olaraq bəyan edirik ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur.
Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb. Əlavə olaraq qeyd edək ki, yaxın günlərdə qaz xəttinin Azərbaycanın nəzarətində olan ərazilərdən keçən hissəsində müvafiq texniki diaqnostika işləri aparılacaq.

Məlum olduğu kimi, hazırda soyuq hava şəraiti ilə əlaqədar Azərbaycanın digər dağlıq və dağətəyi rayonlarında da qaz xətlərində nasazlıqlar baş verir. Ümumilikdə texniki diaqnostikaların həyata keçirilməsi davamlı və təhlükəsiz qazın təchizatına hesablanan addımlardan biri kimi qiymətləndirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO