
- A-
- A
- A+
Şəmkirdə avtomobil mal-qara sürüsünü vurdu
Şəmkirdə heyvan sürüsü 4 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına mal-qara sürüsü çıxıb. Çətin vəziyyətə düşən mikroavtobusun sürücüsü avtomobili saxlamağa çalışsa da naxırdakı heyvanları vurub. Qəza zamanı "Mercedes Vito"nun sərnişinləri 1978-ci il təvəllüdllü Səbinə Məmmədova, 1980-ci il təvəllüdlü Samirə Məmmədova, 1982-ci il təvəllüdlü Gözəl Məmmədova və 2012-ci il təvəllüdlü Məhsəti Süleymanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































