MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb - FOTO

MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb - FOTO

Hazırda oxunan: MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb - FOTO
106749
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 28-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatı, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu və Media Reyestrinin mahiyyəti barədə qonaqlara ətraflı məlumat verib. 

O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərdən bəhs edib.

Görüşdə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Ramil Tağıyev media sahəsində əməkdaşlıq formatları və xarici media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi kimi məsələlərə diqqət çəkib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin və müsbət dinamikasının artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb - FOTO - foto 1


MEDİA-nın İcraçı direktoru xarici jurnalistlərlə görüşüb - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO